Ramazan ayı ilə bağlı fətva verildi
Tarix: 29-04-2019 13:16 | Bölmə: Slayd
Ramazan ayı ilə bağlı fətva verildi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.

Qazılar Şurasının fətvasında deyilir ki, bu il Azərbaycanda Ramazan ayı miladi təqvimi ilə mayın 6-da başlayacaq:

“Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazisinin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi miladi təqvimlə mayın 6-na təsadüf edəcək. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq”.

Mayın 5-dən 6-na keçən gecənin niyyət axşamı olacağı bildirilir.

Ramazan ayının son günü iyunun 4-nə təsadüf edir. İyunun 5-6-sı Azərbaycanda Ramazan bayramıdır:

"Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2019-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən, miladi tarixlə may ayının 6-na təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaq".

Reyting.az




Bölməyə aid digər xəbərlər