20 tələbə intihar etdi - Səbəb
Tarix: 29-04-2019 13:26 | Bölmə: Slayd
20 tələbə intihar etdi

Hindistanda aralıq təhsil üzrə komissiya tərəfindən imtahan nəticələrinin açıqlanmasından sonra bir həftə ərzində 20 tələbə özünü öldürüb.

Reyting.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qeyd edilir ki, fevral ayından marta qədər milyona yaxın tələbə imtahan verib.

Onların təxminən 350 mini qeyri-kafi qiymət alıb. Bu, valideynlərdə, tələbələrdə və hətta siyasi partiyalarda etirazlara səbəb olub.

Sonra intihar dalğası başlayıb. Məsələn, Sirişa adlı tələbə biologiya fənnindən qeyri-kafi qiymət aldığını öyrənəndən sonra Narayanpet şəhərindəki evinə qayıdıb və valideynləri evdə olmayanda özünü yandırıb.

Sonradan təhsil naziri Çandraşehar Rao bütün tələbələrin imtahan nəticələrini yenidən yoxlamağa göstəriş verib. O, eyni zamanda tələbələri intihardan vaz keçməyə çağıraraq uöursuz imtahan verməyin həyatın sonu demək olmadığına başa salmağa çalışıb.

Uşaqların valideynlərinin fikrincə, faciəyə görə cavabdehlik Globarena Technologies Private Limited proqram təminatçısı şirkətinin üzərinə düşür. Bu şirkət imtahanların nəticələrinin yoxlanılması üçün proqram işlənilməsi ilə məşğuldur.

Reyting.az




Bölməyə aid digər xəbərlər