Saakaşvili Putinin onunla bağlı təklifinə reaksiya verdi
Tarix: 29-04-2019 19:40 | Bölmə: Slayd
Saakaşvili Putinin onunla bağlı təklifinə reaksiya verdi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Rusiya lideri Vladimir Putinin ona Ukrayna vətəndaşlığı verilməsi haqda Kiyevə çağırışını şərh edib.

“Ukraynanın gələcək prezidentinə mənə vətəndaşlığın qaytarılmasını məsləhət görür? Bu həmin Putindir ki, 2017-ci ilin dekabr ayındakı mətbuat konfransında Poroşenkodan məni Ukraynadan çıxarmağı tələb edirdi”, - Reyting.az Ukrayna mediasına istinadən bildirir ki, bunu Saakaşvili özünün Facebook səhifəsində yazıb.

M. Saakaşvilinin sözlərinə görə, onu ölkəyə buraxmamağı Moskva guya Gürcüstan, Türkiyə, Ermənistan və Azərbaycan hakimiyyətlərindən də tələb edib.

Saakaşvili qeyd edib ki, o, “kifayət qədər təcrübəlidir”, bu “manevrləri”, “ikili standartlar siyasətinin fəndlərini” bilir.

“İndi bu sizin işiniz deyil. Biz ukraynalılarla özümüz həll edəcəyik”, - o, vurğulayıb.

Xatırladaq ki, Putin "Saakaşviliyə Ukrayna pasportunun qaytarılması ədalətli olardı", - deyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər