Maduronu devirmək üçün final mərhələsi başladı
Tarix: 30-04-2019 16:11 | Bölmə: Slayd
Maduronu devirmək üçün final mərhələsi başladı

Venesuela müxalifətinin lideri Xuan Quadio Nikolas Maduronun devrilməsinə yönələn “Azadlıq” əməiyyatının final mərhələsinin başlandığını elan edib.

Reyting.az xarici mətbuata istinadla bildirir ki, o, bunu “Twitter”də yazıb.

“Venesuela xalqı uzurpasiyaya son qoymağa təşəbbüs göstərib. Hazırda bizim silahlı qüvvələrin əsas birləşmələri ilə görüşürəm, bu o deməkdir ki, “Azadlıq” əməliyyatının son mərhələsi başlayıb”, - Quadio yazıb.

Parlamentin müxalif spikerinin sözlərinə görə, uzurpasiyanın sonu qaçılmazdır. Quadio yazıb ki, milli ordu doğru qərar qəbul edib.

Ölkə hakimiyyəti isə öz növbəsində elan edib ki, dövlət çevrilişi irəli sürən hərbi qruplaşmalara qarşı tədbirlər görür.

Rabitə və informasiya naziri Xorxe Rodriqes Quadio tərəfdarlarını satqınlar adlandırıb, müdafiə naziri Vladimir Padrino isə bəyan edib ki, silahlı qüvvələr tamamilə Konstitusiyanın tərəfindədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər