Venesuelada Maduro və Quaydo tərəfdarları arasında atışma olub - Fotolar
Tarix: 30-04-2019 19:19 | Bölmə: Slayd
Venesuelada Maduro və Quaydo tərəfdarları arasında atışma olub

Karakasda Venesuelanın müxalif lideri Xuan Quaydonu dəstəkləmək üçün keçirilən mitinqdə atəş səsləri eşidilib.

Venesuelada Maduro və Quaydo tərəfdarları arasında atışma olub

Reyting.az bildirir ki, bu barədə “Reuters” şahidlərə istinadən məlumat yayıb.

Venesuelada Maduro və Quaydo tərəfdarları arasında atışma olub

Agentliyə məlumat verən mənbə deyib ki, Quaydonu müşayiət edən hərbi formadakı insanlar prezident Nikolas Maduronu müdafiə edən əsgərlərlə atışıblar.

Venesuelada Maduro və Quaydo tərəfdarları arasında atışma olub

Quaydo bundan əvvəl bəyan etmişdi ki, venesuelalı hərbçilər guya Maduronu devirməyə hazırdırlar.

Venesuelada Maduro və Quaydo tərəfdarları arasında atışma olub

Venesuelanın rabitə və informasiyanaziri Xorxe Rodriqes müxalifətçinin hərəkətini dövlət çevrilişinə cəhd adlandırıb. Onun fikrincə, bir qrup hərbi satqın da müxalifət liderinin tərəfindədir.

Venesuelada Maduro və Quaydo tərəfdarları arasında atışma olub

Venesuelanın müdafiə naziri Padrino Lopes isə bəyan edib ki, ölkənin silahlı qüvvələri Nikolas Maduronu dəstəkləyir.

Reyting.az




Bölməyə aid digər xəbərlər