Dövlət şirkətində yeni təyinatlar olub - Siyahı
Tarix: 03-05-2019 18:14 | Bölmə: Slayd
Dövlət şirkətində yeni təyinatlar olub

SOCAR-ın müəssisələrində yeni rəhbər şəxslər təyin olunub.

Reyting.az
-ın məlumatına görə, şirkətdən Report-a bildiriblər ki, Fontana qarşı dağmədənxilasetmə hərbiləşdirilmiş hissəsinin rəisi Aqil Məmmədov təqaüdə çıxıb və onun yerinə “Kompleks Qazma İşləri” Trestinin (KQİT) rəisi İskəndər Şirəli təyin olunub. KQİT-nin rəisi vəzifəsinə isə SOCAR-ın Baş Ofisinin Qazma şöbəsinin rəisi Əliş Həsənov təyin olunub.

Bundan başqa, “Azneft” İstehsalat Birliyində (İB) bir sıra təyinatlar baş tutub. Belə ki, İB-nin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinə (NQÇİ) Ayaz Bağırov, H.Z.Tağıyev adına NQÇİ-yə Fəxri Haqverdiyev, “Bibiheybətneft” NQÇİ-yə Salman Əliyev, Qaz anbarlarının istismarı idarəsinin rəisi vəzifələrinə Xaliq Şəfiyev təyinat alıb. “Azneft” İB-in Baş mühəndisi – Baş direktorun birinci müavini vəzifəsinə isə Rövşən Qarayev gətirilib.

Qeyd edək ki, “Azneft” İB-in “Siyəzənneft” NQÇİ-nin yeni rəisi Ayaz Bağırov daha öncə bu idarədə Baş mühəndis, H.Z.Tağıyev adına NQÇİ-nin yeni rəisi Fəxri Haqverdiyev daha öncə “Bibiheybətneft” NQÇİ-nin rəisi, “Bibiheybətneft” NQÇİ-nin yeni rəisi Salman Əliyev daha öncə H.Z.Tağıyev adına NQÇİ-nin rəisi, Qaz anbarlarının istismarı idarəsinin yeni rəisi Xaliq Şəfiyev daha öncə N.Nərimanov adına NQÇİ-nin rəisi, Birliyin yeni Baş mühəndisi – Baş Direktorun birinci müavini Rövşən Qarayev isə daha öncə Qaz anbarlarının istismarı idarəsinin rəisi vəzifələrində çalışıblar. Eyni zamanda, İB-in keçmiş Baş mühəndisi – Baş Direktorun birinci müavini olan Balamirzə Ağarəhimov hazırda SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidentinin müavini vəzifəsinə çalışır. Qeyd edək ki, “Azneft” İB-in N. Nərimanov NQÇİ, eləcə də SOCAR-ın Baş Ofisinin Qazma şöbəsinə rəislər hələlik təyin olunmayıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}