Hakimiyyət nümayəndələri Qarabağ müşavirəsinə imkan vermədi – Şöbə rəhbəri polisə aparıldı - Fotolar
Tarix: 05-05-2019 00:58 | Bölmə: Slayd
Hakimiyyət nümayəndələri Qarabağ müşavirəsinə imkan vermədi – Şöbə rəhbəri polisə aparıldı

Qarabağ Azadlıq Təşkilatı (QAT) Tovuz şəhərində nəzərdə tutulan zona müşavirəsini keçirə bilməyib. QAT-ın mətbuat xidmətindən Reyting.az-a bildiriblər ki, buna səbəb yerli polisin və Tovuz Rayon İcra Hakimiyyəti nümayəndələrinin müdaxiləsidir.

Məlumatda qeyd olunur ki, QAT sədri Akif Nağı, Ali Məclis sədri Barat İmani, İdarə Heyətinin üzvləri Kərəm Səfərov və Rafiq Quliyevdən ibarət nümayəndə heyəti mayın 4-də Tovuz şəhərində olublar. Orada QAT-ın Tovuz, Qazax, Ağstafa şöbə rəhbərlərinin və təmsilçilərinin iştirakı ilə zona müşavirəsinin keçirilməsi nəzərdə tutulsa da, çox təəssüf ki, iclasın elə ilk dəqiqələrindən rayon polisi və İcra Hakimiyyətinin nümayəndələri iclasın işinə müdaxilə ediblər. Xeyli müzakirədən sonra tərəflər öz mövqelərini əsaslandırmağa çalışıblar. Çox təəssüf ki, Tovuz Rayon İcra Hakimiyyətinin nümayəndələri və polislər arqumentlərlə razılaşmayıblar və toplantı yarımçıq qalıb.

Hətta QAT rəhbərliyinin Tovuz şəhəri ərazisində yerləşən Şəhdlər Xiyabanını ziyarət etməsinə də imkan verilməyib. Şəhidlər Xiyabanının girişində onların qarşısını polislər kəsib və QAT rəhbərliyi xiyabana buraxılmayıb.

Bundan sonra QAT-ın rəhbərliyi Ağstafa rayon şöbəsinin nümayəndələri ilə birlikdə Ağstafa şəhərindəki Şəhidlər Xiyabanını ziyarət ediblər. Amma Ağstafada da zona müşavirəsinin keçirilməsinə imkan verilməyib: “Çox təəssüf ki, polisin təzyiqi ilə Ağstafada da toplantını keçirmək mümkün olmadı və QAT nümayəndələri Ağstafa şəhərini tərk etmək məcburiyyətində qaldılar. Tovuz şəhərinə qayıdarkən məlum oldu ki, QAT-ın Tovuz rayon şöbəsinin sədri, Qarabağ döyüşçüsü Asif Sadıqov saxlanılaraq polis şöbəsinə aparılıb. QAT sədri Akif Nağı və digər nümayəndələr polis şöbəsinə gedərək polis rəhbərliyindən bu məsələlərə aydınlıq gətirməsini tələb etdilər, lakin konkret cavab verilmədi. Dedilər ki, onunla söhbət olunduqdan sonra sərbəst buraxılacaq. Bundan sonra QAT rəhbərliyi Tovuz rayonunun ərazisindən çıxmaq məcburiyyətində qaldı. Çünki Tovuz Rayon Polis Şöbəsindən bildirdilər ki, QAT rəhbərliyi rayon ərazisini tərk etdikdən sonra Asif Sadıqov sərbəst buraxılacaq”,- QAT-dan bildiriblər.

Məlumatda qeyd olunur ki, QAT rəhbərliyi və nümayəndələr bu hadisədən təəssüflənir. QAT rəhbəriyi tələb edir ki, Azərbaycan rəhbərliyi bu cür məsələlərlə bağlı konkret və təsiredici tədbirlər görsün:

“Rayon rəhbərlərinin insanları narazı salması və Azərbaycanın milli maraqlarına cavab verməyən addımlar atması yolverilməzdir. Xüsusilə də qeyd edirik ki, QAT-ın Tovuz şöbəsinin sədri Asif Sadıqov dərhal sərbəst buraxılmalıdır. Ağstafadan aldığımız məlumatlara görə, QAT-ın Ağstafa şöbəsinin sədri Telman Qəhramanlıya da təzyiqlər göstərilir”.

Reyting.az

P.S. Məlumat hazırlanarkən xəbər verildi ki, QAT-ın Tovuz şöbəsinin sədri Asif Sadıqov sərbəst buraxılıb.

Hakimiyyət nümayəndələri Qarabağ müşavirəsinə imkan vermədi – Şöbə rəhbəri polisə aparıldı
Hakimiyyət nümayəndələri Qarabağ müşavirəsinə imkan vermədi – Şöbə rəhbəri polisə aparıldı
Hakimiyyət nümayəndələri Qarabağ müşavirəsinə imkan vermədi – Şöbə rəhbəri polisə aparıldı
Hakimiyyət nümayəndələri Qarabağ müşavirəsinə imkan vermədi – Şöbə rəhbəri polisə aparıldı




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}