16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Peşə məktəblərində həyəcan siqnalı çalınacaq - Qərar
Tarix: 05-05-2019 08:47 | Bölmə: Slayd
Peşə məktəblərində həyəcan siqnalı çalınacaq

Nazirlər Kabineti dövlət peşə təhsili müəssisələrinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativləri təsdiqləyib.

Baş Nazir Novruz Məmmədovun imzaladığı qərarla müəyyən edilib ki, dövlət peşə təhsili müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi üçün hər bir dövlət peşə təhsili müəssisəsi Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında “həyəcan” düyməsi ilə təmin ediləcək.

Qeyd olunur ki, Maliyyə Nazirliyi DİN-in Baş Mühafizə İdarəsi ilə razılaşdırılmaqla, dövlət peşə təhsili müəssisələrinin “həyəcan” düyməsi ilə təchiz olunması üçün tələb olunan vəsaitin 2019-cu ildə həmin təhsil müəssisələrinin tabe olduqları müvafiq orqanlar (qurumlar) üçün dövlət büdcəsində təsdiq olunmuş xərclər hesabına maliyyələşdirilməsini və 2020-ci ildən etibarən hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin etsin.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}