07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Moskvadakı təyyarə qəzasında 41 nəfərin öldüyü təsdiqləndi - Yenilənib
Tarix: 06-05-2019 01:01 | Bölmə: Slayd
Moskvadakı təyyarə qəzasında 41 nəfərin öldüyü təsdiqləndi

“Şeremetyovo” hava limanında təyyarənin yanmasından sonra 28 nəfərin taleyi məlum deyil.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, bunu İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petronko bəyan edib.

“Əvvəl xəbər verildiyi kimi, Moskva-Murmansk marşrutu ilə uçacaq təyyarədə ekipaj üzvləri ilə birgə 78 nəfər olub. Dəqiqləşdirilmiş məlumata görə, hazırkı anda onlardan 37 nəfəri sağ qalıb”, - o, söyləyib.

Moskvadan Murmanska uçan“Aeroflot”a məxsus Sukhoi Superjet 100 təyyarəsi mayın 5-də havaya qalxandan 28 dəqiqə sonra təcili şəkildə “Şeremetyovi” hava limanına enib. Hava şəraitinə görə təyyarə yalnız ikinci cəhddən sonra enə bilib. Eniş zamanı onun mühərriki yanıb.

Sərnişinlər təyyarəni özbaşına tərk etməyə başlayıblar. Buna qədər İstintaq Komitəsi ən azı 13 nəfərin öldüyünü açıqlamışdı.

1:34

“Şeremetyovo” hava limanındakə təyyarə qəzasında 40 sərnişin və bir ekipaj üzvü ölüb.

Bunu jurnalistlərə Rusiya İstintaq Komitəsinin nümayəndəsi bəyan edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}