ABŞ prezidenti İranı danışıqlara çağırıb
Tarix: 10-05-2019 17:30 | Bölmə: Slayd
ABŞ prezidenti İranı danışıqlara çağırıb

Prezident Donald Tramp bu gün İranı danışıqlara çağırıb. Onun sözlərinə görə, ABŞ və İran ədalətli razılığa gələ bilər.

Reyting.az
“Fox TV”-yə istinadla xəbər verir ki, Tramp jurnalistlərə bildirib:

"İranla bağlı ümidim mənə zəng etmələridir. Onların etməli olduğu yeganə şey budur. Biz anlaşa, ədalətli razılaşma əldə edə bilərik.

Bəli, onlar təhdid edirlər. Kəşfiyyat məlumatları var. İraq və bir çox başqa yerlərdə təhlükəsizliyimiz olmalıdır”.

ABŞ prezidenti daha sonta əlavə edib:

“Biz yalnız onların nüvə silahlarına sahib olmasını istəmirik. Bu, böyük tələb deyil. Onları yaxşı formaya qaytarmağa kömək edə bilərdik. Onlar indi pis vəziyyətdədir. İrana kömək edə biləcəyimiz günə ümid bəsləyirəm. İrana zərər vermək istəmirik. Onların güclü və möhtəşəm olmasını, böyük bir iqtisadiyyata sahib olmasını istəyirəm. Lakin onlar mənə zəng etməlidirlər”.

Tramp, həmçinin sabiq dövlət katibi Con Kerrini ittiham edib. Onun sözlərinə görə, Kerri iranlılara Trampla ünsiyyətə girməməyi məsləhət görüb. "Con Kerri onlarla tez-tez ünsiyyətdə olur. Kerri onlara zəng etməməyi tövsiyə edir. Bu, “Loqan Qanunu”nun pozulmasıdır",- ABŞ prezidenti bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}