Tramp ildə 2 milyon dollardan çox cərimə ödəyəcək - Foto
Tarix: 13-05-2019 21:33 | Bölmə: Slayd
Tramp ildə 2 milyon dollardan çox cərimə ödəyəcək

ABŞ-ın Nyu-York şəhərində göydələnlər ucaldan Donald Tramp ətraf mühitə vurduğu ziyana görə böyük məbləğdə cərimə ödəməli olacaq.

Reyting.az
“Guardian” nəşrinə istinadla xəbər verir ki, Trampın şirkətinə məxsus 8 yaşayış binası və otel şəhər rəhbərliyinin istilikxana qazlarına dair yeni tələblərinə uyğun gəlmir. Buna görə də, 2030-cu ildən başlayaraq Trampın şirkəti ildə 2,1 milyon dolla cərimə ödəməlidir.

Nyu-York bələdiyyəsi bildirib ki, sözügedən 8 tikilidən 27 min ton müxtəlif qazlar ətraf mühitə ziyan vurur. Bu, 5800 nəqliyyat vasitəsinin havaya buraxdığı qaza bərabərdir.

Beşinci Avenyu və Uoll strit küçələrində yerləşən binaların içində “Tramp International Hotel”-ə görə daha çox cərimə ödəniləcək. Cərimənin məbləği 850.871 dollardır.

Nyu-York bələdiyyəsinin başçısı Bill De Blazio deyib: “Cənab Tramp, sizin ətraf mühiti çirkləndirən binalarınız böyük problemdir”.

Ümumən Nyu-York şəhərində 50 min bina istilikxana qazlarını 40 faiz azaltmalıdır.

Tramp ildə 2 milyon dollardan çox cərimə ödəyəcək

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}