Bişkekdə iftar qalmaqalı – Türkiyə səfiri FETÖ üzvü ilə eyni masa arxasında - Foto
Tarix: 14-05-2019 12:43 | Bölmə: Slayd
Bişkekdə iftar qalmaqalı – Türkiyə səfiri FETÖ üzvü ilə eyni masa arxasında

Türkiyənin Qırğızıstandakı səfiri Çengiz Kamil Fırat Bişkekdə təşkil edilən iftar mərasimini qəfildən tərk edib.

Reyting.az
“A Haber”-ə istinadla bildirir ki, buna səbəb Bişkek müftisinin təşkil etdiyi iftar proqramına FETÖ-çu hesab olunan xanım Orhan İnandının dəvət olunmasıdır. Buna görə də, Türkiyə səfiri "Terrorçularla eyni masada oturmuram",- deyə iftar məclisini tərk edib.

Kuluarda onu geri qaytarmaq istəyən qırğızlara səfir deyib:

"Biz burada 35 milyon dollara məscid tikmişik, siz isə bizi terrorçularla eyni masaya oturdacaqsınız!? Siz FETÖ terror təşkilatının üzvünü bura hansı üzlə çağırmışsınız? Ramazan ayıdır, Ramazanda bu cür hərəkət edilirmi? Ya Türkiyəni, ya da terror təşkilatını seçin. Mənim üçün müftülük bitib. Türkiyə Respublikası ilə terrorçuları eyni yerə qoyursunuz. Bu insan müsəlman deyil. Mən indi Prezidentə xəbər verəcəyəm".

Bişkekdə iftar qalmaqalı – Türkiyə səfiri FETÖ üzvü ilə eyni masa arxasında

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}