Rusiya ilə müqavilə pozuldu: Dehli ABŞ-ın təzyiqinə boyun əydu
Tarix: 14-05-2019 22:35 | Bölmə: Slayd
Rusiya ilə müqavilə pozuldu: Dehli ABŞ-ın təzyiqinə boyun əydu

Hindistan ABŞ-ın sanksiya təhdidinə boyun əyib.

Reyting.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəsmi Dehli ötən il ABŞ-ın sanksiya təhdidlərinə qarşı Rusiya ilə 5.4 milyard dəyərində 5 ədəd S-400 raket kompleksi almaq üçün müqavilə bağlayıb.

Lakin bu müavilədən sonra artan təzyiqlər rəsmi Dehlini geri çəkilməyə məcbur edib: “Son bir ayda ABŞ Dehlini daha açıq və əmin şəkildə “Əgər S-400-ləri alarsınızsa, daha güclü sanksiya ilə üzləşəcəksiz” təhdidi ilə üz-üzə qoydu. Nəhayət, bu təhdidlər işə yaradı. Hindistan S-400-ləri almaqdan vaz keçdi”.

Məlumata görə, Hindistanın müvafiq səlahiyyətli şəxsləri bildiriblər ki, Dehli ABŞ istehsallı “Patriot” və “THAAD” raketlərinin alınması istiqamətində danışıqları uğurla bitirmək üzrədir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}