İranlılar müharibə təhlükəsi səbəbindən ölkəni tərk edir - Foto
Tarix: 19-05-2019 19:40 | Bölmə: Slayd
İranlılar müharibə təhlükəsi səbəbindən ölkəni tərk edir

İranlılar ABŞ-ın “mümkün zərbələrindən” qorxaraq ölkəni tərk etməyə başlayıb.

Reyting.az
bildirir ki, bu barədə “Sky News Arabia” telekanalı xəbər verib.

Telekanal iddia edir ki, onlarla ailə İranı tələsik tərk edib və İraqa keçib. Onlar Bağdad ətrafındakı qəsəbələrdən birində məskunlaşıblar.

“Onların arasında İran hakimiyyətinin rəsmi şxslərinin qohumları da var”, -məlumatda deyilir.

Digər məlumata görə, “Exxon Mobil” şirkəti İraqdakı işçilərini evakuasiya edib. Evakuasiya mayın 16-də başlayıb və iki mərhələdə olmaqla 18-də başa çatıb. Təxminən 60-a yaxın neftçinin evakuasiya edildiyi bildirilir. Bu evakuasiya ABŞ-ın İrandan yarana biləcək təhdidlə bağlı etdiyi xəbərdarlıqdır.

İranlılar müharibə təhlükəsi səbəbindən ölkəni tərk edir

Məlumatda qeyd olunur ki, Vaşinqton İraqdan diplomatların və onların ailələrinin evakuasiyasını elan edib. Bildirilir ki, bu, İranla müharibənin yaxınlaşdığını göstərən əlamətdir.

Xatırladaq ki, ABŞ Yaxın Şərq regionuna təyyarədaşıyan, bombardmançılar və desant gəmiləri göndərib.

Onu da qeyd edək ki, Səudiyyə Ərəbistanının kralı Salman İranla münasibətlərin kəskinləşməsi fonunda Ərəbistan dünyasının liderlərini Məkkədə fövqəladə sammit keçirməyə səsləyib.

Bu barədə SPA agentliyi krallığın Xarici İşlər Nazirliyinə istinadla xəbər yayıb.

“İki nəcib tutyanın mühafizi (Səudiyyə monarxının rəsmi titulu) özünün qardaşları Fars körfəzi dövlətləri Şurasının liderlərini iyunun 30-da Məkkədə iki fövqəladə sammit keçirməyə dəvət edir”, - deyə məlumatda bildirilir.(Mənbə: Virtualaz.org)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}