Tacikistan həbsxanasında qiyam: 29 məhbus və 3 nəzarətçi öldürüldü
Tarix: 20-05-2019 09:03 | Bölmə: Slayd
Tacikistan həbsxanasında qiyam: 29 məhbus və 3 nəzarətçi öldürüldü

Tacikistanın Vahdat şəhərində yerləşən həbsxanada ötən gün axşam saatlarında İŞİD-də üzvlüyə görə cəzakən bir neçə məhbus qiyam başladıb.

Tacikistanın ədliyyə nazirinin müavini, Cəzaların icrası üzrə Baş İdarənin rəhbəri Mansurcon Umarov "RİA Novosti"yə bildirib ki, qiyam zamanı 29 məhbus və 3 nəzarətçi həlak olub.

Onun sözlərinə görə, məhbuslardan 8-i toqquşmalar zamanı digər məhbuslar tərəfindən qətlə yetirilib.(Trend)

Nazirliyin məlumatında deyilir ki, ötən gün təxminən saat 20:30-da başlayan iğtişaşlar zamanı İŞİD-də üzvlülüyə görə cəzakən təxminən 30 nəfər bıçaq və digər iti silahlarla 3 nəzarətçini girov götürüblər və daha sonra qətlə yetiriblər.

Bildirilir ki, qiyam başladanlar arasında da ölənlər var: "Danışıqlar zamanı cinayətkarlar aralasında da toqquşmalar baş verib. Həbsxana əməkdaşlarının qaydalara riayət etmək çağırışlarına məhəl verməyən cinayətkarlar onlara hücum edib və daha bir neçə nəzarətçini yaralayıblar. Həbsxananın administrasiyası tərəfindən vəziyyətin nəzarətə alınması üçün qəti tədbirlər görülüb və bu zaman təhlükəli cinayətkarlar arasında da ölənlər olub".

Nazirlik vurğulayır ki, hazırda həbsxanada vəziyyət stabildir və nəzarət altındadır, istintaq orqanları insidentlə bağlı araşdırmaları davam etdirir.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}