23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
“Eurovision”un nəticələrinə yenidən baxıldı, Çingiz Mustafayevin yeri dəyişdi
Tarix: 23-05-2019 01:46 | Bölmə: Slayd
“Eurovision”un nəticələrinə yenidən baxıldı, Çingiz Mustafayevin yeri dəyişdi

“Eurovision” musiqi müsabiqəsinin təşkilatçıları yarışmanın nəticələrinə yenidən baxıblar.

Reyting.az xarici mediaya istinadən bildirir ki, bu açıqlama Avropa Yayım İttifaqının rəsmi saytında yayılıb.

Qeyd edilir ki, qərar balların hesablanması prosesində yol verilən səhvlə bağlıdır.

Bundan əvvəl Belarusdan olan məhkəmə komandası yarımfinalda kimə səs verdiyini açıqlayıb, buna görə bu ölkənin münsiflər heyətindəki üzvü qanun pozuntusu səbəbindən uzaqlaşdırılıb. Sonradan qərar qəbul edilib ki, ehtiyat “səsvermə səbətindən” ölkədən olan orta bal hesablansın. “Eurovision”un təşkilatçıları məhz həmin səsə yenidən baxmaq qərarına gəliblər.

Beləliklə, Rusiya təmsilçisi Sergey Lazarev əlavə bal alıb. Buna baxmayaraq, o, əvvəlki kimi üçüncü yerdə qalıb.

İsveç 6-cı yerdən 5-ci yerə (əvvəl Norveç idi) yerləşib. Şimali Makedoniya Azərbaycanı geri itələyərək 7-ci yeri tutub. Bununla da ökəmiz 8-ci yerlə kifayətlənməli olub.

Qalib isə əvvəlki kimi Niderlanddan olan müğənni Dunkan Lourensdir. O, əvvəlcə 492 ball toplamışdısa, indi daha 6 bal əlavə edilib.

İkinci yerdə yenə də İtaliyadır. İndi 472 balı var, əvvəlki nəticəyə görə 465 idi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}