17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Dərbəndin rəhbəri iki Azərbaycan vətəndaşını öldürməkdə şübhəli bilinir
Tarix: 23-05-2019 14:19 | Bölmə: Slayd
Dərbəndin rəhbəri iki Azərbaycan vətəndaşını öldürməkdə şübhəli bilinir

İsrafçılığa görə həbs olunan Dağıstanın Dərbənd rayonunun rəhbəri Maqomed Cəlilova yeni ittihamlar irəli sürülə bilər.

Reyting.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, məmurun 4 ölümdə əli olması barədə şübhələr yaranıb.

İlkin məlumata görə, haqqında söhbət gedən qətllərdən ikisi 2000-ci illərin əvvəllərində törədilib. İki Azərbaycan vətəndaşı Dərbənddə oğurlanıb, sonra öldürülüblər. Bu qətllə bağlı iş üzrə fiqurlardan biri Cəlilovun qardaşı olub, ancaq nəticədə işin üstünü ört-basdır ediblər. Müstəntiqlər hazırda köhnə işi qaldırıblar və ehtimal olunur ki, məmurun da bu iki qətldə əlaqəsi var.

Maqomed Cəlilova qarşı eləcə də biznesmen Arsenal Daudovun qətli ilə bağlı ittiham irəli sürülməsinə hazırlıq gedir. Maşınında partladılan Daudov Azərbaycandan Dağıstana və qonşu regionlara tərəvəz daşınması ilə məşğul olub. Onun maraqları Cəlilovun maraqları ilə üst-üstə düşməyib.

Dördüncü qurban Dərbənd rayon xəstəxanasının baş həkimi Nəsir Osmanov olub. İstintaq məlumatına görə, o, Cəlilova 12 milyon rubl borc verib. Məmur 2015-ci ildə borcunu qaytarmaqdan imtina edib və uzun danışıqlardan sonra baş həkimi öldürüb. Hüquq-mühafizə orqanları belə hesab edirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}