23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Azərbaycan parlamenti hökumətə nəzarət edə bilmir – Partiya sədri
Tarix: 23-05-2019 15:21 | Bölmə: Slayd
Azərbaycan parlamenti hökumətə nəzarət edə bilmir

Təkamül Partiyası qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətindədir. Bu barədə Reyting.az-a partiyanın sədri, iqtisadçı-alim Teyyub Əliyev məlumat verib.

O bildirib ki, seçkidə mütləq iştirak edəcəklər: “Nəticənin necəliyini nəzərə almadan, seçkidə mütləq iştirak edəcəyik. Ancaq mövcud reallıqda müxalifət liderlərinin, müxalif partiya üzvlərinin seçkilərdə qələbə qazanması mümkün görünmür”.

Müsahibimiz təəssüflə bildirib ki, parlamentin fəaliyyəti bir vətəndaş və partiya sədri kimi onu qane eləmir: “Parlamentin heç bir nəzarətedici - Hesablama Palatasının büdcə vəsaitlərinə nəzarət etmək səlahiyyəti istisna olmaqla, - funksiyası yoxdur. İldə bir dəfə formal olaraq hökumətin hesabatını dinləməkdən başqa, onun fəaliyyətinə nəzarət edə bilmir. Parlament heç öz qəbul etdiyi qərarların, qanunların yerinə yetirilməsinə nəzarət etməyi bacarmır”.

T. Əliyev qeyd edib ki, Azərbaycan parlamentinin ciddi fəaliyyət orqanına çevrilməsi üçün ilk növbədə Konstitusiyada dəyişikliklər edilməli, proporsional seçkilər keçirilməli, parlamentli respublikaya çevrilməliyik və hökumət parlametdə təmsil olunan partiya üzvlərindən formalaşmalıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}