23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Qaqarini öldürən adamın adı açıqlandı
Tarix: 25-05-2019 00:38 | Bölmə: Slayd
Qaqarini öldürən adamın adı açıqlandı

İlk kosmonavt Yuri Qaqarinin ölümünə səbəb olan şəxsin adı çəkilib.

Reyting.az xarici mediaya istinadən bildirir ki, bunu “Zvezda” (“Ulduz”) proqramının efirində Qaqarinin həmkarı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Aleksey Leonov bəyan edir.

Onun sözlərinə görə, Qaqarinin ölümünə səbəb MiQ-15 qırıcı təyyarəsinin pilotu olub.

Leonov iddia edir ki, Yuri Qaqarinin qəzaya uğraması digər təyyarənin onun idarə etdiyi MiQ-15-ə yaxınlaşması səbəbindən baş verib.

Leonov həmin gün Vladimir vilayətindəki Kirjaç aerodromunda iştirak edib. Leonov iddia edir ki, Yuri Qaqarinin və təlimatçı Vladimir Sereqinin idarə etdiyi MiQ-15-in arxasınca Su-15 uçub.

Bu maşının pilotu öz təyyarəsini 10-15 səs surəti məsafəsinə qədər gətirib. Nəticədə Qaqarinin təyyarəsi pozulan hava axınında tərs çevrilib.

Ancaq pilotların ölümünü araşdıran komissiya belə nəticəyə gəlib ki, qəza yaxınlaşma və digər təyyarənin kəskin yayınmasından olub – bundan sonra qırıcı təyyarə düşüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}