23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Həbsxanada atışma: Onlarla məhbus ölüb - Yenilənib
Tarix: 25-05-2019 01:12 | Bölmə: Slayd
Həbsxanada atışma: Onlarla məhbus ölüb

Venesuelanın həbsxanalarından birində fövqəladə hadisə baş verib və çox sayda məhkum ölüb.

Reyting.az xarici mediaya istinadən bildirir ki, yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, insident ölkənin şimal-qərbindəki Portuqesa ştatının Akariqua şəhərində yerləşən rejim müəssisəsində qeydə alınıb.

İnsanların ölümünə həbsxanadakı qarşıdurmanın səbəb olduğu bildirilir. Mətbuatdakı məlumatlara əsasən, ən azı 23 nəfər insidentin qurbanı olub.

Hakimiyyət vəziyyəti normallaşdırmaq üçün Venesuelanın milli polisini də cəlb edib.

Qarşıdurmaya nəyin səbəb olduğu hələ ki xəbər verilmir. Qəzetlərin yazdığına görə, ölümlərə səbəb odlu silahdan açılan atəş olub. Həbsxananın minimum 14 əməkdaşının yaralandığı bildirilir.

2:31

Son məlumata görə, ölən məhkumların sayı ən azı 29 nəfərdir.

Həbsxana əməkdaşları arasında isə 19 yaralının olduğu bildirilir.


Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}