MKİ Putinin komandasına gizli yol tapıb; Rusiya prezidenti ABŞ agentinin nəzarətindədir
Tarix: 26-05-2019 00:00 | Bölmə: Slayd
MKİ Putinin komandasına gizli yol tapıb; Rusiya prezidenti ABŞ agentinin nəzarətindədir

Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafında Amerikanın xüsusi xidməti olan Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti və mənbəyi var.

Reyting.az
bildirir ki, belə bir iddia ilə “New York Times” qəzeti çıxış edib.

Qəzetin məlumatına görə, məhz həmin adam 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsi, daha doğrusu, səsvermənin nəticələrinə Rusiya rəhbərinin təsir etmək imkanı ilə bağlı şəxsi maraqları haqda ABŞ-a informasiya təqdim edib.

İddia olunur ki, həmin adamın təhlükəsizliyi hazırda ABŞ lideri Donald Tramp və MKİ əməkdaşları arasındakı mübarizəyə görə təhlükə altında ola bilər.

Qəzet yazır ki, ABŞ prezidenti Rusiyanın 2016-cı il seçkilərinə ehtimal edilən müdaxiləsinin araşdırılması ilə bağlı gizli materialların daha çox açıqlanmasını arzulayır.

“Rusiyanın seçkilərə müdaxiləsi haqda MKİ-nin ən böyük mənbəyi olan insan Putinə yaxındır. Həmin şəxs Putinin seçkiyə müdaxilədə iştirakı haqda informasiya təqdim edib. Mənbə, həmçinin eks-prezident Barak Obamanın vəzifədə olduğu son günlərdə səsverməyə təsir göstərmək cəhdləri edən hakerlərin arxasında şəxsən Putinin dayanması haqda sübutları da ABŞ-a təqdim edib”, - qəzet MKİ-nin keçmiş əməkdaşlarına istinadən məlumat verib.

Qeyd edək ki, ABŞ-ın baş prokuroru Uilyam Barr hazırda Trampın əmri ilə xüsusi xidmətin Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı informasiyanı necə əldə etməsini araşdırır. Tramp gizli məlumatların açıqlanması ilə ondan siyasi silah kimi istifadə etməyə hazırlaşır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}