Azərbaycanlı dünya çempionunun avtomobili partladıldı - FOTO
Tarix: 26-05-2019 16:43 | Bölmə: Slayd
Azərbaycanlı dünya çempionunun avtomobili partladıldı

Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində partlayış nəticəsində kikboksinq üzrə dəfələrlə dünya çempionu Ramil Əhmədovun avtomobilinə ciddi ziyan dəyib.

Reyting.az Ukrayna mediasına istinadən bildirir ki, hadisə mayın 26-da gecə yerli vaxtla saat 3-ə yaxın baş verib.

“Partlayış səsinə oyandım. Qonşular avtomobilin yanında kiminsə hərləndiyini görüblər. Qumbara, yaxud detonatordan istifadə ediblər”, - Əhmədov deyib.

O, xiasediciləri və polis çağırıb.

Hüquq-mühafizə orqanları faktı qeydə alıblar və yaxın zamanda video müşahidə kameralarına baxılacaq.

Azərbaycanlı dünya çempionunun avtomobili partladıldı

Əhmədov kimin və hansı səbəbdən bu cinayəti törədə biləcəyini bilmir:

“Gözü götürməyənlər var, xüsusu düşmənim isə yoxdur”, - o, jurnalistlərə bildirib.

“Honda Accord” avtomobilinin bərpa olunacağı ehtimalı yoxdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}