Həbsxanada üsyan: Binada yanğın başlayıb
Tarix: 27-05-2019 16:00 | Bölmə: Slayd
Həbsxanada üsyan: Binada yanğın başlayıb

Odessadakı 51 saylı həbsxanada məhkumların kütləvi itaətsizliyi olub və yanğın başlayıb.

Reyting.az Ukrayna mətbuatına istinadla bildirir ki, bu haqda ölkənin Dövlət penitensiar xidmətinin keçmiş rəhbəri Sergey Starenko məlumat verib.

“Əməkdaşları zonadan qovublar. Yanğın baş verib. Münaqişə 5 gündür davam edir və hələ də həll okunmayıb. Bu gün daha gərgin mərhələ başlayıb”, - Starenko özünün Facebook səhifəsində yazıb.

O, həbsxana əməkdaşlarının döyüldüyünü də iddia edir.

Digər məlumata görə, həbsxana binasının yanında çox sayda yanğınsöndürən maşın növbə çəkir, təcili yardım briqadaları da var. Müəssisəyə tərəf polisin və Milli qvardiyanın əlavə qüvvələri də cəlb edilib.

Şahidlərin sözlərinə görə, ən azı 15 məhkum qaçıb, yüzlərlə cəza çəkən guya binanın daxilində barrikada qurub.

Şahidlərdən birinin dediyinə görə, qarşıdurma uzunmüddətli görüşə cavabdeh olan əməkdaşlardan birinin bıçaqla yaralanmasından sonra başlayıb. Bundan sonra belə görüşlər ləğv edilib.

Odessa polindən verilən məlumata görə, qarşıdurmanın gedişində həbsxanananın 4 əməkdaşı taralanıb, ölən yoxdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}