Belarusda saxlanılan azərbaycanlı “qanuni oğru”ya ittiham irəli sürüldü
Tarix: 27-05-2019 19:56 | Bölmə: Slayd
Belarusda saxlanılan azərbaycanlı “qanuni oğru”ya ittiham irəli sürüldü

Minsk rayonunun mehmanxana komplekslərindən birində saxlanılan Rəşad Gəncəli kimi tanınan "qanuni oğru” və onun tərəfdarlarına yeni ittihamlar irəli sürülüb.

Reyting.az Belarus mətbuatına istinadla xəbər verir ki, 2018-ci il noyabrın 23-də Minskdə həbs edilən Rəşadın icarəyə götürdüyü evdə və onların şəxsi avtomobilində axatarış aparılıb. Nəticədə "Makarov” tapançası, 14 döyüş patronu və həşiş aşkar olunub.

Faktla bağlı Cinayət işi qaldırılıb.

Bu günlərdə isə ona və 42 yaşlı həmyerlisi ilə 35 yaşlı Brest vilayəti sakininə qarşı yeni ittiham irəli sürülüb.

İstintaq müəyyənləşdirib ki, cinayətkar dairələrdə nüfuzlu olan 41 yaşlı Azərbaycan vətəndaşı dəfələrlə ağır cinayət törətdiyinə görə məsuliyyətə cəlb olunub. O, uydurulmuş bir şəxsin adına saxta Rusiya pasportundan istifadə edərək Belarus sərhədini keçib və Minksdəki müxtəlif oyun yerlərinə gedib.

Məlumata görə, Rəşad Məmməd oğlu İsmayılov (Rəşad Gəncəli) Ukraynadakı Azərbaycan diasporuna nəzarət edən kimi tanınır. Rəşad Gəncəli və onun cinayətkar qrupunun saxlanılan iştirakçıları dəfələrlə Rusiya və Ukraynada administrativ və cinayət məsuliyyətinə cəlb ediliblər.

Bu dəstənin Rusiyanın və Ukraynanın müxtəlif regionlardakı ticarət mərkəzlərində və topdansatış bazarlarında Azərbaycandan olan biznesmenlərə qarşı da müxtəlif cinayətlər törətdikləri bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər