Türkiyə ordusu İraqa girdi - Ərdoğan "Pəncə" əməliyyatı ilə bağlı mesaj verdi
Tarix: 28-05-2019 15:49 | Bölmə: Slayd
Türkiyə ordusu İraqa girdi - Ərdoğan  "Pəncə" əməliyyatı ilə bağlı mesaj verdi

Türkiyə Şimali İraqda böyük yerüstü hərbi əməliyyata başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.

Bildirilib ki, Milli Müdafiə naziri Hulusi Akar, Baş qərargah rəisi Yaşar Güler və quru qoşunlarının komandanlığı altında Şimali İraqda "Pəncə" əməliyyatına ilk olaraq top atəşləri ilə başlanılıb.

Az əvvəl isə Prezident Ərdoğan əməliyyatla bağlı mesaj yayıb.

Prezident sosial şəbəkədəki hesabında yazıb ki, Iraqın şimalında yerləşən Hakurka doğru türk əsgərləri hərəkətə keçib: "Terror qrupu PKK-uya göz açdırmayan qəhrəman əsgərlərimizə sərhəddən kənardakı bu zorlu əməliyyatda uğurlar diləyirəm. Dualarımız sizlərlə. Allah yar və yardımçınız olsun".

Türkiyə ordusu İraqa girdi - Ərdoğan  "Pəncə" əməliyyatı ilə bağlı mesaj verdi




Bölməyə aid digər xəbərlər