“Real” 2019-cu ildə Avropanın ən bahalı klubudur
Tarix: 28-05-2019 19:18 | Bölmə: Slayd
 “Real” 2019-cu ildə Avropanın ən bahalı klubudur

Madrid klubunun saytında KPMG konsaltinq şirkətinin araşdırması ilə bağlı məlumat yayılıb.

Reyting.az bildirir ki, araşdırmanın nəticəsinə görə, “Real” 2019-cu il üzrə vəziyyətinə görə Avropanın ən bahalı klubudur.

“Kral klubu”nun dəyəri 3 milyard 224 milyon avro qiymətləndirilir. Bir il ərzində Madrid klubunun dəyəri 10 faiz artıb.

Dəyərinə görə ikinci komanda “Mançester Yunayted” (3,207 milyard avro) olub.

Üçncü sırada 2,696 milyard avro ilə “Bavariya”dır.

İlk onluğa düşən digər klublar bunlardır: “Barselona” (2,627 milyard), “Mançester Siti” (2,460 milyard), “Çelsi” (2,227 milyard), “Liverpul” (2,095 milyard), “Arsenal” (2,008 milyard), “Tottenhem” (1,679 milyard).

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}