Arvadını öldürmüş sabiq vitse-prezident istintaqa ifadə verib - Foto
Tarix: 29-05-2019 12:45 | Bölmə: Slayd
Arvadını öldürmüş sabiq vitse-prezident istintaqa ifadə verib

Tehranın sabiq bələdiyyə başçısı və vitse-prezidenti, habelə prezident Həsən Ruhaninin müşaviri olmuş islahatçı siyasətçi Məhəmməd Əli Nəcəfi bu gün istintaqa ilk ifadələrini verib.

Reyting.az
“Akharin khabar”-a istinadla xəbər verir ki, Nəcəfi ifadələrində qətlə yetirdiyi xanımının ondan çoxdan boşanmaq istədiyini bildirib. “O, səsimi diktofona yazaraq hüquq-mühafizə orqanlarına göndərmişdi”, – deyə müttəhim arvadı ilə tez-tez qovğa etdiyini dilə gətirib.

Xatırladaq ki, öldürülən qadın Nəcəfinin sayca ikinci arvadı olub. Mitra Ustadi İranın tanınmış kinoaktrisası idi.

Mayın 28-də Məhəmməd Əli Nəcəfi 5 güllə atmaqla arvadını öldürdüyünü etiraf edib. Lakin onun polis bölməsində rahat oturuşu və çaya qonaq edilməsinə dair video sosial şəbəkələrdə ciddi etirazla qarşılanıb.

Nəcəfinin bu gün məhbus geyimində görünməsindən sonra etirazlar səngiyib.

Arvadını öldürmüş sabiq vitse-prezident istintaqa ifadə verib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}