“Çelsi” “Arsenal”ı darmadağın etdi
Tarix: 30-05-2019 00:50 | Bölmə: Slayd
“Çelsi” “Arsenal”ı darmadağın etdi

Avropa liqasının iki London klubunun iştirakı ilə Bakıda keçirilən finalında “Çelsi” kubokun sahibi olub.

Reyting.az xəbər verir ki, oyunun birinci hissəsində hesab açılmayıb.

İkinci hissədə “Çelsi” 15 dəqiqə ərzində 3 qol vurmaqla oyunun taleyini həll edib.

49-cu dəqiqədə Oliver Jiru hesabı açıb. 60-cı dəqiqədə Pedro Rodriges fərqlənib. Beş dəqiqə sonra Eden Azar onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

72-ci dəqiqədə Azar özünün ikinci, komandasının dördüncü qoluna imza atıb.

“Arsenal”ın yeganə qolunu 69-cu dəqiqədə Aleks İvobi vurub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}