Poroşenko prezident seçkilərində ABŞ-dan kömək istəyib
Tarix: 30-05-2019 01:33 | Bölmə: Slayd
Poroşenko prezident seçkilərində ABŞ-dan kömək istəyib

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko prezident seçkiləri zamanı ABŞ-ın ona kifayət qədər yardım etməməsindən şikayətlənib.

Reyting.az xarici mediaya istinadla bildirir ki, bunu ABŞ-ın Ukrayna üzrə xüsusi təmsilçisi Kurt Volker açıqlayıb.

“Bizim cavab belə olub: biz insanları seçmirik, biz prinsipləri və siyasəti dəstəkləyirik”, - Volker Vaşinqtonda Carnegiedəki çıxışında deyib.

O qeyd edib ki, ABŞ Ukraynanın seçilən istənilən lideri ilə işləməyə hazır olub. Onun sözlərinə görə, Vaşinqton demokratiyanın möhkəmlənməsi, Ukraynada islahatların keçirilməsi, korrupsiya ilə mübarizənin davam etdirilməsi və ölkənin Qərbə istiqamət götürməsinin lehinə çıxış edir.

Volker seçkilərin növbəti günü Twitterdə yazıb ki, ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskiyə zəng vuraraq qələbə münadibətilə təbrik edib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}