“Qanuni oğru” Qulinin emissarları Rusiyada tutuldu
Tarix: 30-05-2019 12:35 | Bölmə: Slayd
“Qanuni oğru” Qulinin emissarları Rusiyada  tutuldu

Samarada yol polisinin əməkdaşları baxış üçün “Mercedes-Benz S600” avtomobilini dayandırıblar və nəticədə nüfuzlu azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Quli) "emissarları" saxlanılıb.

Reyting.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, saxlanılanlar 41 yaşlı Zaur Novruzov və Dağıstan sakini Bayramovdur.

Avtomobilə baxış zamanı ümumi çəkisi 20 qram olan bir neçə bükülü kokain də aşkar olunub. Bayramovdan tapança da götürülüb. Saxlanılanlara qarşı həbs qətimkan tədbirinin seçilməsi məsələsi həll olunur.

Məıumata görə, Novruzov Tolyatti ətrafındakı Yaqodnoe kəndində qeydiyyatdadır. Rəsmi məlumatda onun orada yaşadığı da bildirilir. O, əvvəllər Tolyattidəki “Almaz” firmasının (çörək və qənnadı məhsulları istehsal edən) sahibi olub.

Nadir Səlifova gəldikdə, o hazırda Birləşmiş Ərəb Əmirliklərində yaşayır. Nüfuzlu “qanuni oğru” 2015-ci ilin axırlarında Tolyattidə biznesmen Kamal Quliyevin oğurlanmasının sifarişçisi hesab edilir. Quliyevin buraxılması müqabilində 10 milyon avro tələb olunmuşdu.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}