Dünyanın ən zəngin dövləti – Reytinq-2019 - Siyahı
Tarix: 31-05-2019 14:15 | Bölmə: Slayd
Dünyanın ən zəngin dövləti – Reytinq-2019

2019-cu ildə ABŞ dünyanın ən varlı ölkəsi olub.

Reyting.az
“Visual Capitalist”-ə istinadla xəbər verir ki, planetin sərvətinin 74 faizi 10 ölkə üçün əlçatandır.

2017-ci ildən etibarən Asiya dövlətləri bu sahədə Avropa ölkələrini qabaqlamağa başlayıb. Xüsusilə Çin həmin göstəricidə irəli çıxıb. Yüksək təminatlı çinlilərin sayı 130 faiz artıb. Hindistanda bu göstərici 22 faiz olub.

ABŞ-a gəlincə, sərvəti 1 milyon dollar və yuxarı olan insanların sayı 17 milyon 350 min nəfərdir. Çində – 3 milyon 480 min, Yaponiyada 2 milyon 809 min nəfər. Bütün dünyada isə – 42 milyon 155 min nəfərdir.

Amma zəngin insanlar planet əhalisinin yalnız 1 faizini təşkil edir.

Nəhayət, 2019-cu ildə 10 ən zəngin ölkənin siyahısı:

1. Amerika – 60,7 trilyon dollar.

2. Çin – 23,6.

3. Yaponiya – 19,1.

4. Böyük Britaniya –9,1.

5. Almaniya – 8,8.

6. Hindistan – 8,1.

7. Avstraliya – 6.

8. Kanada – 6.

9. Fransa – 5,9.

10. İtaliya – 3,8.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}