16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İcra hakimiyyəti ilə "Avtomobil Yolları”nda yoxlama - Materiallar MM-ə göndərildi
Tarix: 31-05-2019 16:42 | Bölmə: Slayd
İcra hakimiyyəti ilə "Avtomobil Yolları”nda yoxlama - Materiallar MM-ə göndərildi

Bu gün Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib

Reyting.az
Palataya istinadla xəbər verir ki, iclasda dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Masallı Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi üzrə uyğunluq auditinə dair, "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlir və xərclərinin təhlilinə dair hesabatlar müzakirə olunub.

Hər bir nəzarət tədbiri üzrə auditor hesabatları barədə qərarlar qəbul olunub, qərarların icrasını təmin etmək üçün aidiyyəti qurumlara onların göndərilməsi, Milli Məclisə müvafiq məlumatların təqdim olunması qərara alınıb.

İclasda, həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}