16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Türkiyə ilə ABŞ arasında nifaq salan Rusiya raketi... - Tramp birgə komissiya ideyasını dəstəklədi
Tarix: 31-05-2019 19:58 | Bölmə: Slayd
Türkiyə ilə ABŞ arasında nifaq salan Rusiya raketi... - Tramp birgə komissiya ideyasını dəstəklədi

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinin tədarükü üzrə fikir ayrılıqlarının aradan qaldırılması üçün birgə işçi qrupu yaratmaq barədə təklifinə müsbət yanaşıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu arada Bloomberg” agentliyi Donald Trampın Türkiyə prezidentinin belə komissiya qurmaq təklifini qəbul etdiyini bildirib.

Bundan öncə Rəcəb Tayyib Ərdoğan iki dəfə analoji təklif irəli sürmüşdü. Prezidentlərin sonuncu telefon danışığı zamanı Tramp ilk dəfə olaraq bu ideyanı bəyəndiyini deyib.

Yeri gəlmişkən, onu da qeyd edək ki,Türkiyənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Hami Aksoy ölkəsinin Vaşinqtonun S-400 komplekslərinin çatdırılmasını təxirə salmaq xahişini qəbul etdiyi barədə bir neçə gün əvvəl KİV-lərdə yayılan məlumatı təkzib edib.

Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinə dair kredit sazişi imzalayıb. Sazişə əsasən, Ankara 2 zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin S-400 kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəlib. ABŞ və NATO ölkələri bu sövdələşməyə görə Ankaranı dəfələrlə tənqid edib.

Onu da bildirək ki, uzaq məsafəli zenit raket sistemi - S-400 “Triumf” 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Rusiya Hərbi Kosmik Qüvvələri komandanının müavini bildirib ki, S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlər də silahlanmaya daxil olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}