Səudiyyə kralı İranı terroru dəstəkləməkdə ittiham etdi
Tarix: 01-06-2019 23:20 | Bölmə: Slayd
Səudiyyə kralı İranı terroru dəstəkləməkdə ittiham etdi

Səudiyyə Ərəbistanı kralı Salman İranı Yaxın Şərqdə terrorçu hərbi qruplaşmaları dəstəkləməkdə, qlobal neft təchizatı və regional təhlükə yaratmaqda günahlandırıb.

Reyting.az xarici mətbuata istinadla bildirir ki, Məkkədə İslam əməkdaşlıq təşkilatının sammitində çıxış edən kral yaxınlarda Birləşmiş Ərəb Əmirlikləri sahillərində tankerlərə və Yəmənin neft kəmərlərinə pilotsuz təyyarələrin hücumunu terror kimi xarakterizə edib.

Neft kəmərlərinə hücumu İranın dəstəklədiyi husilər həyata keçiriblər. O, Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmənin hökumət ordusuna qarşı mübarizə aparır.

Kral bəyan edib ki, beynəlxalq ictimaiyyət İranın digər ölkələrin işlərinə qarışmasına mane olmaq üçün bütün vasitələrdən istifadə etməlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}