Separatçıların Qarabağdakı futbolu etiraza səbəb olub
Tarix: 02-06-2019 07:56 | Bölmə: Slayd
Separatçıların Qarabağdakı futbolu etiraza səbəb olub

Ölkəmizin işğal olunmuş ərazilərində keçirilən, hər hansı rəsmi futbol assosiasiyası tərəfindən tanınmayan və öz sıralarında qeyri-legitim qurumları bir araya gətirən “konfederasiya”nın təşkil etdiyi oyunlar futbolun parodiyasından başqa bir şey deyildir.

Reyting.az
-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ ərazisində “müstəqil futbol assosiasiyaları konfederasiyası”nın (conifa) futbol oyununun keçirilməsi ilə bağlı suala cavabında deyib.

“Mən bu məsələyə əhəmiyyət verib çox danışmaqla onun təşviqinə xidmət etmək istəmirəm. Bildiyiniz kimi, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bununla bağlı etirazını bildirib. Bu oyunlarda iştirak edənlər sırasında olan Laplandiyanın adı mənə “qarlar ölkəsi” ilə bağlı nağılları xatırladır. Əslində elə erməni psixologiyası nağıllar və əfsanələr üzərində qurulub və onlar buna inanırlar”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi əlavə edib.

Qeyd edək ki, işğal altındakı Dağlıq Qarabağda təşkil olunan futbol yarışı iyunun 1-dən 10-dək davam edəcək. “Turnir”də 8 komandanın iştirakı nəzərdə tutulub. Dağlıq Qarabağdakı separatçıların təşkil etdiyi tədbirdə digər separatçı rejimlərdən gələn nümayəndələr də iştirak edirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}