Azərbaycanlı avtoritet öldü
Tarix: 02-06-2019 18:12 | Bölmə: Slayd
Azərbaycanlı avtoritet öldü

Kriminal aləmdə Vaqif Kamışlovski kimi tanınan azərbaycanlı avtoritet Vaqif Güləhməd oğlu Sultanov 67 yaşında vəfat edib.

Reyting.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, qohumları onu dəfn etmək üçün Azərbaycana gətiriblər.

Vaqif Sultanov regionun “baxıcısı” kimi tanındığından onun ölümü Sverdlovsk vilayətində nüfuz dairəsi uğruda mübarizənin gərginləşəcəyi təhlükəsini yaradıb.

Məlumata görə, Vaqif Kamışlovskinin çoxdan idi səhhətindıə problem yaranmışdı, bu səbəbdən cinayət aləmindəki işindən uzaq qalmışdı. Həyatının son günlərində yaddaşında da ciddi problem yaranıbmış, Azərbaycan diasporu xaricdə müalicəsinə pul yığaraq onun səhhətində müsbət dönüş yaranacağına ümid ediblər.

Sverdlovsk vilayətinə yeni baxıcının təyin olunacağı gözlənilir.

Kütləvi informasiya vasitələrinin yazdığına görə, bu yerə Tümen vilayətindən olan “varyaqlar”, eləcə də Andrey Vorotnikov (Vorotnik), Ağayaq Ağayev, Nadir Səlifov (Quli) və Qiya Sverdlovski (Qiya Akoev) iddialı ola bilərlər.

Aprel ayının ortalarında xəbər verilirdi ki, güc strukturları Sultanovun “səlahiyyətinin” yaxınlarda həbsxanadan çıxan Andrey Vorotnikova ötürülməsi ilə bağlı “yığıncağa” imkan verməyiblər. Vaqifin özü “yığıncaq”da iştirak etməsə də, Vorotnikovun orada olduğu və “baxıcı” vəzifəsini öz üzərinə götürdüyü bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}