17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ağır Cinayətlər Məhkəməsi böyük maliyyə fırıldağını yenidən araşdırır
Tarix: 03-06-2019 14:42 | Bölmə: Slayd
Ağır Cinayətlər Məhkəməsi böyük maliyyə fırıldağını yenidən araşdırır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Reyting.az
xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib. Hakim müdafiə tərəfinin vəsatətinə əsasən cinayət işində olan sənədlərin bəzilərini elan edib.

Sənədlərdən birində qeyd edilib ki, İsmayıl Hidayət-zadə Səlahəddin Qədirovun rəhbəri olduğu "Aygün İnşaat"dan 82 min manatlıq - 95 ton tütün alıb.

S. Qədirov isə bildirib ki, o, heç vaxt tütün biznesi ilə məşğul olmayıb.

Hakim ziddiyyətlə bağlı suallar versə də, tərəflər məsələyə aydınlıq gətirə bilməyib. S. Qədirov deyib ki, o sənədlərə imza atsa da, heç nədən xəbəri yoxdur.

Növbəti proses iyunun 10-a təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C. Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla Cahangir Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C. Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D. Xəlilov 13 il və İ. Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Aplyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.(Mənbə:Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}