Ödənişli ali təhsilin ləğvi tələb olunur – Ekspert
Tarix: 03-06-2019 16:37 | Bölmə: Slayd
Ödənişli ali təhsilin ləğvi tələb olunur

Azərbaycanın təhsil sahəsində problemlərin olduğu heç kimə sirr deyil. Xüsusən də bəzi orta ümumtəhsil məktəblərində vəziyyət daha acınacaqlıdır. Amma ali təhsil müəssisələrində də vəziyyət ürəkaçan deyil.

Bu barədə Reyting.az-az açıqlama verən təhsil üzrə ekspert Elşən Qafarov deyib ki, ali təhsil pilləsində vəziyyət heç də ümumi təhsildən yaxşı deyil. Onun sözlərinə görə, bu sahədə ciddi islahatlar aparılmalıdır:

“İlk növbədə ödənişli təhsil ləğv olunmalı, əmək bazarının tələblərini öyrənən bir qrum yaradılmalı, ali və orta ixtisas yalnız dövlət sifarişi əsasında həyata keçirilməlidir. Eyni zamanda, çalışma yaş həddi ali və orta ixtisas təhsili müəssələrindəki müəllim-professor heyətinə də şamil edilməli, yeni elmi-pedaqoji kadrların hazırlığı ilə bağlı ciddi işlər görülməlidir”.

Ödənişli ali təhsilin ləğvi tələb olunur
E. Qafarov

E. Qafarov bildirib ki, ali təhsil müəssisələri 4 illik diplom əldə etmək üçün bir vasitə deyil: “Tələbələrin elmi-nəzəri və praktik biliklər, təkrar edirəm nəzəri biliklərlə yanaşı, həmin nəzəriyyənin praktikaya tətbiqi mexanizmini öyrədən, səriştəli kadr hazırlığını həyata keçirən elm və təhsil ocaqlarına çevrilməlidir”.

Ekspert qeyd edib ki, bu gün ali təhsilli kadrlarımızın əksəriyyətinin savadı yoxdur. E. Qafarov hesab edir ki, xüsusilə də pedaqoji təhsilli kadrlar 4 il ali təhsil aldıqdan sonra kurslara və repetitor yanına getmədən MİQ imtahanı, dövlət qulluğu imtahanı və ya hər hansı bir başqa imtahan, eləcə də müsahibədə uğur qazana bilmirlər. Ekspertin qənaətincə, təkcə bu fakt ilə ali təhsilimizin vəziyyətini dəyərləndirmək çətin olmaz.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}