07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Avropa Mərkəzi Bankının saytında Nuru paşa və Rəsulzadənin əksi olan avro barədə məlumat yoxdur
Tarix: 15-06-2019 12:01 | Bölmə: Slayd
Avropa Mərkəzi Bankının saytında Nuru paşa və Rəsulzadənin əksi olan avro barədə məlumat yoxdur

Üzərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Nuru paşanın rəsmləri olan “Sıfır avro” xatirə pul nişanı tədavülə buraxılması xəbəri, böyük ehtimalla, yalandır. Avropa Mərkəzi Bankının (European Sentral Bank) rəsmi saytında bu barədə heç bir açıqlaması yoxdur.

Reyting.az
“Banknoteworll”-a istinadla xəbər verir ki, 0 avro (Zero Euro) Avropa Mərkəzi Bankı (ECB) tərəfindən buraxılan xatirə əskinazıdır və 2018-ci ildə məşhur banknot kolleksiyaçıları arasında çox məşhurdur.

Onun yaranışı 2015-ci ildə Fransada baş verib. Tanınmış fransız valyutası suvenirləri yaradıcısı Rişar Feylin sayəsində turizmi təşviq edən avrolar yaratmaq qərarına gəlib.

Bu əsginazlar özəl təsisat müəssisələrində çap olunur.

İndiyədək buraxılmış sıfır avrolarda Brandenburq Qapıları, Eyfel qülləsi, Kolizey, Mona Lisa və s. əksi olub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) da məsələ ilə əlaqədar Avropa Mərkəzi Bankına müraciət edib. AMB yayılmış məlumatın doğru olub-olmaması ilə maraqlanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}