17:04 / 23-07-2019
Dollar neçəyə olacaq?
Ərdoğandan İstanbul seçkisi ilə bağlı kritik həmlə: HDP sədri həbsdən buraxılır
Tarix: 16-06-2019 16:34 | Bölmə: Slayd
Ərdoğandan İstanbul seçkisi ilə bağlı kritik həmlə: HDP sədri həbsdən buraxılır

Türkiyədə kürdlərin partiyası kimi tanınan HDP-nin həmsədri Selahattin Demirtaş iyunun 18-də azadlığa buraxılacaq.

Reyting.az
xəbər verir ki, belə bir iddia ilə qəzetçi Nevzat Bingöl çıxış edib.

O, Türkiyə mətbuatına açıqlamasında deyib ki, AKP iqtidarı İstanbul seçkilərinə görə gözlənilməz sayılan bütün addımları atmağa hazırlaşır.

Belə ki, İstanbuldakı 300 min kürdün səsini almaq üçün Ərdoğan iqtidarı Selahattin Demirtaşın 18 iyunda keçiriləcək növbəti məhkəmə prosesində azadlığa çıxmasını təmin edəcək:

"Belə bir gözləntinin gerçəkləşmə ehtimalı çox böyükdür. Bundan əvvəl Ferhat Encü də buraxıldı. Amma bu saatdan sonra Öcalanı belə sərbəst buraxsalar, bunun seçkiyə təsiri olmayacaq".

Xatırladaq ki, 23 iyunda İstanbul bələdiyyəsinə seçki keçiriləcək. Həmin seçkilərlə bağlı HDP xeyli əvvəl qərarını açıqlayıb. Belə ki, partiya İstanbuldakı kürdlərin AKP-nin namizədi Binəli Yıldırma deyil, CHP-li Əkrəm İmamoğluna səs verəcəklərini bəyan ediblər.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}