11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Azərbaycanlı müğənni Moskvada saxlanıldı
Tarix: 17-06-2019 17:04 | Bölmə: Slayd
Azərbaycanlı müğənni Moskvada saxlanıldı

Moskva polisi azərbaycanlı müğənni Rizvan Əliyevi saxlayıb.

Reyting.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, Əliyev təhqiredici şərhlər səbəbindən dostunun mənzilini yandırıb.

Mənzilin masajçı Mart Avilova məxsus olduğu bildirilir. O, Rizvan Əliyevlə yaxınlarda tanış olub, onlar tezliklə dostlaşıblar. Ancaq bu dostluq uzun çəkməyib. Dostundan incik qalan Mart Rizvanı sosial şəbəkədə təqib etməyə başlayanda, onunla bağlı təhqiredici şərhlər yazıb.

Əliyev masajçını başa salmağa çalışsa da, alınmayıb, onda hədələməyə keçib. Mart sonradan polisə onu fiziki cəhətdən məhv ediləcəyinin vəd verilməsini də söyləyib.

Mayın 25-də ona zəng vurub evdə masaj sifariş edilib. Çağırışın yalançı olduğunu masaçı göstərilən ünvana gələndə öyrənib. Qapını heç kim açmayıb, telefon zənginə cavab verilməyib. Öz evinə gedən Avilov həyətdə yanğınsöndürənləri görüb – onun yanan mənzilini söndürüblər. Yeri gəlmişkən, mənzildən qızıl olan seyf də yoxa çıxıb.

Masajçı polisə ifadə verib, bundan sonra hüquq-mühafizə orqanları evə od vuranın izinə düşüblər. O, azərbaycanlı müğənni Rizvan Əliyev olub. Saxlanılandan sonra məhkəmə onu ev dustaqlığına göndərib.

Qızıl olan seyf isə meşədən tapılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}