İranın uranla bağı yeni həmləsi: Pentaqon sualdan yayındı, Ağ Ev isə susur
Tarix: 17-06-2019 18:42 | Bölmə: Slayd
İranın uranla bağı yeni həmləsi: Pentaqon sualdan yayındı, Ağ Ev isə susur

ABŞ İranın nüvə sazişində nəzərdə tutulan uranın zəngilləşdirilmiş ehtiyatının 300 kq həddini aşacağı haqda bugünkü bəyanatını cavabsız buraxıb.

Reyting.az
xəbər verir ki, İranın dünyaya meydan oxuyan bu bəyanatı ilə bağlı Pentaqona (Müdafiə Nazirliyi) sual ünvanlanıb. Lakin Pentaqondan "Bu sualı Ağ Ev-ə verin",- cavabı verilib.

Ağ EV-dən isə sual cavabsız buraxılıb.

Qeyd edilib ki, bu gün Ağ EV-də Yəmənlə bağlı dinələmələr olacaq: "Mümkündür ki, orada İranın uranın zəngilləşdirilməsi ilə bağlı yeni həmləsnə toxunulsun".

Xatırladaq ki, İranın nüvə proqramına dair 2015-ci ildə imzalanmış Hərtərəfli Əhatəli Fəaliyyət Planına görə rəsmi Tehran təmizlənmiş uranın 300 kiloqram həddindən artıq həcmini xarici ölkələrə satmalıdır.

Ötən il ABŞ hökuməti İranı həmin sənədin şərtlərini pozmaqla nüvə silahlarına dair çalışmalara davam etməkdə qınayaraq razılaşmanı tərk etdiklərini açıqlamışdı. Bundan bir qədər sonra İran tərəfi də sözügedən sənədin bəzi müddəaları çərçivəsində öhdəliklərinin icrasını dayandırdıqlarını açıqlamışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}