19:29 / 23-06-2025
Britaniya İrana mesaj yollayıb
19:12 / 23-06-2025
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
18:53 / 23-06-2025
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
18:00 / 23-06-2025
Ağ Ev: "ABŞ Hörmüz boğazındakı vəziyyəti fəal şəkildə və diqqətlə izləyir"
17:43 / 23-06-2025
Bakıda narkotikə qarşı əməliyyat: saxlanılanlar var
17:20 / 23-06-2025
Agentlik TƏBİB-in 17 milyonluq tenderini ləğv edib
17:14 / 23-06-2025
Qərb Universiteti Tam Orta Məktəbi şagirdlərə attestat vermir? - Açıqlama
16:44 / 23-06-2025
İsrailin münaqişəyə son qoymaq niyyəti İrana çatdırılıb
16:30 / 23-06-2025
Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxunub
16:03 / 23-06-2025
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək
15:49 / 23-06-2025
Erməni müğənnini “Qal, sənə qurban” mahnısını mənimsəmək istəyib
15:15 / 23-06-2025
Azərbaycan Suriyaya başsağlığı verib
15:14 / 23-06-2025
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
15:03 / 23-06-2025
Anar Məmmədlinin cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırılıb
15:01 / 23-06-2025
Zelenski: Rusiya, İran və KXDR qatillər koalisiyasıdır
14:49 / 23-06-2025
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
14:34 / 23-06-2025
ABŞ-nın hərbi bazası hücuma məruz qalıb
14:33 / 23-06-2025
Putin: İrana təcavüzün heç bir əsası yoxdur
14:23 / 23-06-2025
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
13:56 / 23-06-2025
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
13:10 / 23-06-2025
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib
12:46 / 23-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:41 / 23-06-2025
Vüqar Bayramov: "Yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq"
12:24 / 23-06-2025
Qarabağ zonasında daha 1420.9 hektar ərazi minalardan təmizlənib
12:00 / 23-06-2025
"Qarabağ" Duşan Tadiçi transfer etmək istəyir? - Klubdan açqlama
11:57 / 23-06-2025
Xüsusi karantin rejiminin müddəti uzadılıb
11:41 / 23-06-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıb
11:34 / 23-06-2025
İran ordusu: "Cənab Tramp, siz oyunçusunuz, biz isə..."
11:00 / 23-06-2025
Həbib Nurməhəmmədov: "Azərbaycana təşəkkür edirəm"
16:11 / 19-06-2025

17:28 / 20-06-2025

11:32 / 19-06-2025

14:17 / 20-06-2025

06:06 / 22-06-2025

13:08 / 21-06-2025

14:57 / 22-06-2025

12:30 / 20-06-2025

16:26 / 20-06-2025

07:28 / 19-06-2025

15:58 / 21-06-2025

16:45 / 21-06-2025

Məşədi İbad “Tarixi-Nadir”i yarıyacan oxumuşdu, bəs Hüseynbala Mirələmov?
Tarix: 18-06-2019 16:43 | Bölmə: Slayd

Təxminən 15 ilin söhbətdir. O vaxt da deputat-yazıçı Hüseynbala Mirələmovun bir kitabı barədə tənqidi məqalə yazmışdım.
Üç gün sonra ofisə gələndə, dedilər ki, səni axtarırdılar.
“Kim?”
“Ekstrasensə oxşayan 2 nəfər...”
Sonradan bildim ki, “ekstrasens qiyafəli” şəxslər Hüseynbala Mirələmovun dəstəkçiləri imiş. Növbəti gəlişlərində də məni tapmayıb ürəklərini baş redaktora boşaltmışdılar...
Deputat-yazıçının son müsahibəsi ilə rastlaşanda, onun da tarixi mövzulara müraciət etdiyinə dair açıqlamalarını oxuyub, artıq Hüseynbala Mirələmovun da, çağın dəbinə uyğun, ekstrasensliyə, ya da konspirologiyaya baş vurduğu qənaətinə gəldim.
“Tarixi çox diqqətlə öyrənirəm. Nadir şahın həyatından bəhs edən “Sonuncu fateh” romanını yazmışam. Nadir şah görkəmli Azərbaycan türküdür. Sonuncu Azərbaycan fatehidir ki, Hindistanı fəth edib. Hətta Çinə getməyə hazırlaşırdı, ancaq tale imkan vermədi. Yeganə hökmdardır ki, türk sultanlarına təriqət məsələsi ilə bağlı məktub yazaraq, sünni-şiə məzhəbini aradan götürməyi məsləhət edib. Çünki bu ideologiya sonradan yaranıb. Nəyə lazımdır axı, sünni-şiə məsələsi... Təəssüf ki, türk sultanları onun məktubuna soyuq cavab veriblər. Nadir şahı yatdığı çadırda öldürüblər. Mənə elə gəlir ki, onun öldürülməsi təriqət məsələsinə görə olub. Ancaq bu barədə yazmırlar. Şəxsi fikrimdir. Nadir şah təriqətin qurbanı olub”.
Yadımdadır ki, Üzeyir Hacıbəylinin qəhrəmanı “Tarixi-Nadir”i yarıyacan oxumuşdu. Hüseynbala Mirələmovun “tarixi çox diqqətlə öyrənərkən”, Nadir şah barədə salnamədən neçə səhifə oxuduğunu bilmirəm. Bəlkə də Mirzə Məhəmməd Kazım Mərvinin, yaxud “Aləm-arayi Naderi”nin nə adını eşidib, nə də üzünü görüb.
Təriqət və məzhəb məsələsinə gəlincə, “tarixi çox diqqətlə öyrənən” deputat-yazıçıya tövsiyə: indi qalın-qalın ensiklopediyalara müraciət etmək dövrü deyil, ən azı internetdə axtarış verib, bu iki anlayışın fərqli mənasını bilmək olardı.
Mətləbdən uzaqlaşmayım. Müsahibənin davamında deputat-yazıçı oxucunu “yeni tarixi kəşflər”i ilə tanış edir və bu açıqlamalardan sonra indiyədək dünyaya gəlmiş-dünyadan getmiş tarixçilər qəbirlərində çevrilirlər...
““İki şah, iki sultan” adlı trilogiya yazıram. Əsər XIV əsrdən başlayır. İlk dövlətin hökmranlığını yaradan Bürhanəddin olub. Hökmranlıq Bürhanəddindən sonra Uzun Həsənə, Uzun Həsəndən sonra isə Şah İsmayıl Xətaiyə keçir. Bunların hamısı bir-birinə qohumdur. Təsəvvür edin, tarixdə özüm üçün bir şey kəşf etdim. Qaraqoyunluların hökmdarı Cahan şah şair olub. İkinci Mehmet də şair olub... Sultan Səlim Yavuz da şair olub. Maraqlı kəşfim ondan ibarətdir ki, bunların hamısı şair kimi də tanınıblar”.
Hansı Bürhanəddin? Yəqin ki, Qazi Bürhanəddin. Amma o, hansı ilk dövlətin hökmranlığını yaradıb?.. Deputat-yazıçının başqa bir “kəşfi” tarix qədər köhnədir: 32 türk sultanından 28-nin divan yazması, Cahan şahın “Həqiqi” təxəllüslü şair kimi tanınması və s. xəbər tutan sonuncu şəxs, olsa-olsa, Hüseynbala Mirələmovun özüdür.
Amma deputat-yazıçı hələ də təəccübləndirməyə davam edir:
“Təsəvvür edin ki, qəhrəmanlarımdan təkcə Məhəmməd Şah Qacar hökmdardır”.
Məhəmməd şah Qacar, “tarix bilicisi”nin aləmində, yəqin ki, Ağa Məhəmməd şah Qacardır. Deputat-yazıçının nəzərinə çatdırım: necə deyərlər, cin ayrı, şeytan ayrı, Məhəmməd şah Qacar bu xanədanın 3-cü hökmdarı (1834-1848), Fətəli şahın nəvəsidir.
Lakin bu da son deyil.
“İki il bundan qabaq “Azərbaycan” qəzetində “Günəş ləkə götürməz” adlı məqaləm çıxdı. Həmin məqaləmdə belə cümlə var: “Şah İsmayıl Xətainin şübhəli əxlaq prinsipləri məni çox narahat etdi. Sən şair deyilsən, qardaş, hökmdarsan!”
“Günəş ləkə götürməz” məqaləsi 2 il öncə yox, 2013-cü ildə dərc olunub. Türk yazıçısı Rəha Çamuroğluna cavab ruhundadır. “Şübhəli əxlaq prinsipləri” dedikdə, nəyi nəzərdə tutduğunu, sözsüz ki, özündən başqa heç kim bilmir. Amma Hüseynbala Mirələmovun indi dilə gətirdiyi tənədən də “Günəş ləkə götürməz” məqaləsində əsər-əlamət yoxdur. Əksinə, həmin məqalədə “Şah İsmayıl Xətai, sadəcə, böyük dövlət adamı deyildir. O, bəlkə də, bundan daha çox bir filosof, bir şairdir. Pirdir. Mürşiddir”, – yazıb.
Dərinə getdikcə, müsahibədə o qədər “quş” üzə çıxır ki!
Odur ki, Hüseynbala Mirələmova bir tövsiyə də verim: yazıçılıq ağır yükdür, çəkə bilməyəcəyiniz yük. Siz elə bacardığınız işlə məşğul olun ki, sabah mətbuatda şəkliniz və adınız olan başlıq peyda olmasın. Məsələn, “Deputat bir quyuya daş atdı, 100 tarixçi çıxara bilmədi...”
Əziz RZAZADƏ
Bölməyə aid digər xəbərlər

Bu gün, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
Bu gün, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
Bu gün, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Bu gün, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Bu gün, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Bu gün, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Dünən, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var