16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rusiya prezidenti Gürcüstana qadağa tətbiq etdi - Fərman
Tarix: 21-06-2019 23:43 | Bölmə: Slayd
Rusiya prezidenti Gürcüstana qadağa tətbiq etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkənin hava nəqliyyatı şirkətlərinə Gürcüstana sərnişin daşımağı qadağan edib.

Reyting.az
TASS-a istinadla xəbər verir ki, V. Putin bununla bağlı fərman imzalayıb.

Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, iyulun 8-dən Gürcüstanla sərnişin daşımaları müvəqqəti dayandırılır.

"2019-cu ilin 8 iyulundan Rusiya aviaşirkətlərinə Rusiya Federasiyasının ərazisindən Gürcüstan ərazisinə sərnişin (həmçinin ticarət) daşımalarını həyata keçirmək qadağan edilir", - deyə sənəddə bildirilir.

Bundan başqa, turizm operatorlarına və agentliklərinə qadağanın qüvvədə olduğu müddətdə turistləri Rusiyadan Gürcüstan ərazisinə daşımamaq tövsiyə edilir.

Vladimir Putin sərnişin daşınmalarının dayandırılmasını nəzərə alaraq, Nazirlər Kabinetinə Gürcüstanda olan ölkə vətəndaşlarının Rusiya Federasiyasına qayıdışına kömək etməyi tapşırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}