23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
İmamoğlu Yıldırımı 778 min səslə məğlub edib, Ərdoğana səsləndi: "Bu, bir başlancıqdır..."
Tarix: 23-06-2019 21:05 | Bölmə: Slayd
İmamoğlu Yıldırımı 778 min səslə məğlub edib, Ərdoğana səsləndi: "Bu, bir başlancıqdır..."

İstanbulda bələdiyyə sədrliyi uğrunda bu gün baş tutan səsvermə başa çatıb.

Reyting.az
xəbər verir ki, İstanbulda səslərin artıq 99.4 faizi sayılıb.

İmamoğlu hazırki nəticəyə əsasən, 54 faiz, Yıldırım isə 45, 1 faiz səs toplayıb.

Hazırkı nəticəyə görə, İmamoğlu Yıldırımı 777 min 581 səs fərqi ilə udub.

Binəli Yıldırım ilkin nəticə ilə bağlı İmamoğlunu öndə getməsi ilə bağlı təbrik edib, uğurlar arzulayıb.

O bildirib ki, rəqibinə əlindən gələn hər köməkliyi göstərməyə hazırdır: "15 milyonluq İstanbulun qərarı xeyirli olsun. Ona lazımi dəstək olacağıq. Bunun da belə bilinməsi lazımdır".

CHP lideri Kamal Kılıçdaroğlu isə "Demişdik ki, hər şey çox gözəl olacaq, çox gözəl də oldu", - deyə bildirib.

Brifinq keçiriən İmamoğlu "Çoxlu duyğusal anlarım var, lakin YSK-nın qərarından sonra onlardan danışacam", - deyərək, seçkidə ona dəstək olan, olmayan bütün istanbullulara təşəkkür edib.

O, işləcəyi dönəmdə heç bir siyasi, etnik fərq qoymadan hər kəs üçün var gücü ilə çalışacağını deyib: "İndilikdə isə istəyim budur ki, seçki bitənə qədər seçki dairələrini tərk etməyin. Ən böyük millətdir, hər şey şərtsiz millətindir, onun iradəsidir. Bu, bütün Türkiyənin qələbəsidir. Mənim üçün artıq vəzifə başladı. İstanbulda gərginlik yox olacaq, xoş görüntülər olacaq".

İmamoğlu deyib ki, bugünkü qələbəsi bir zəfər deyil, başlancıqdır.

O, Ərdoğana da səslənərək, İstanbulun təcili həllini gözləyən problemləri ilə bağlı birgə işləməyin vacib olduğunu bildirib: "Çox istərdim ki, biz birlikdə əl-ələ verək, oturaq, danışaq, problemlərin həll yolllarını daha tez və operativ cözək. Siyasi qovğalardan millət artıq bezib".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}