23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Elçibəyin oğlunun toyu təxirə salınıb – Eks-prezidentin ailəsindən açıqlama
Tarix: 24-06-2019 13:55 | Bölmə: Slayd
Elçibəyin oğlunun toyu təxirə salınıb – Eks-prezidentin ailəsindən açıqlama

“Əbülfəz Elçibəyin oğlu Ərturqut hazırda Fövqəladə Hallar Nazirliyində çalışır, nazirlik məmurdur. Ərturqutun toyuna hazırlıq görürdük, payızda olacaqdı. Təəssüf ki, anası Həlimə xanıma oğlunun toyunu görmək qismət olmadı”.

Bunu Reyting.az-a açıqlamasında mərhum prezidentin kürəkəni Aqil Səmədbəyli deyib.

Onun sözlərinə görə, bir neçə gün öncə Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyevanın vəfatına 1-ci vitse-prezident Mehriban Əliyevanın münasibəti təqdirəlayiqdir.

“Bildiyiniz kimi, Həlimə xanım Türkiyədə vəfat edib. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın adından başsağlığı verilib. Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyevanın yas mərasimi ilə bağlı xərcləri də o üzərinə götürüb. Mehriban Əliyevanın atdığı addım həm ailə, həm də cəmiyyət tərəfindən müsbət qarşılanıb”, – deyə Aqil Səmədbəyli bildirib.

Elçibəyin kürəkəni mərhum eks-prezidentin övladları ilə bağlı da məlumat verib: “Biz də hələlik İstanbulda yaşayırıq. Çilənay xanım İstanbul Universitetində təhsil alır. Bu il tarix üzrə magistraturanı bitirəcək. Mən də orda çalışıram. Təbii ki, Azərbaycana qayıtmaq fikrimiz var, lakin vaxtı bəlli deyil”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}