17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Dondurma və sərinləşdirici içkilərdən kütləvi zəhərlənmələr olur – Ekspertdən şok açıqlama
Tarix: 27-06-2019 14:34 | Bölmə: Slayd
Dondurma və sərinləşdirici içkilərdən kütləvi zəhərlənmələr olur – Ekspertdən şok açıqlama
Yay fəslində ən çox istifadə olunan sərinləşdirici içkilər və dondurmalarla bağlı narazılıqlar yaranıb. Buna səbəb bu məhsulların tərkibi və istifadə müddəti ilə bağlı qeyri-müəyyənliklərdir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Reyting.az-a açıqlamasında deyib ki, dondurmalar və sərinləşdirici içkilərlə bağlı demək olar, hər gün onlara şikayətlər daxil olur. Onun sözlərinə görə, bu məhsulların qiyməti, saxlanma şəraiti, istehsal tarixi və digər məsələlərlə bağlı narazılıqlar kifayət qədərdir:

“Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsinə görə, onlar qida zəncirinə daxil olan bütün subyektləri reystrə daxil etməlidirlər. Malların istehsal yerindən tutmuş istehlakçının masasına qədər bütün proseslərin monitorinqini aparmalıdırlar. Təəssüf ki, biz bunun nəticələrini görmürük. Sərinləşdirici içkilər açıq havada, Günəş şüasının altında plastik qablarda saxlanılır. Həmin qablarda sular qızır, sonra soyudulur və bu, zərərlidir. Bunun nəticəsində insanlar arasından kütləvi və tədrici zəhərlənmələr baş verir”.

Ekspert qeyd edib ki, satışda olan dondurmalarla bağlı da ciddi problemlər var. Xüsusən də heç bir etiketi olmadan açıq şəkildə satılan dondurmalar daha təhlükəlidir: “Həmin məhsulların tərkibi, istehsl tarixi və digər məqamlarla bağlı alıcı məlumat ala bilmir”.

AİB sədri bildirib ki, onlara müraciət edən bəzi istehlakçılar bildirirlər ki, dondurma yedikdən sonra boğazlarında ağrılar yaranıb: “Bu o deməkdir ki, dondurmanın hazırlanmasında standartların əksinə olaraq, kərə yağı əvəzinə, marqarindən istifadə ediblər.

Dondurma süd məhsuludur, onu ağıza qoyanda təzə qaymaq dadı verməlidir. Lakin dondurma boğazda acılıq verirsə, deməli, ona marqarin, bitki yağı qarışdırıblar. İnsanlar buna diqqət etməlidir.

Əgər dondurmanın kağızı əzilibsə, yaxud görüntüsü dəyişibsə, onu almasınlar. Çünki bu, o deməkdir ki, həmin dondurma əriyib, sonra yenidən dondurulub və artıq çirklənmiş məhsuldur.

Təəssüf ki, dondurmalarla bağlı problemlər hələ də yaşanmaqdadır. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələlərlə bağlı ciddi addımlar atmalıdır”.

Dondurma və sərinləşdirici içkilərdən kütləvi zəhərlənmələr olur – Ekspertdən şok açıqlama

E. Hüseynov insanları diqqətli olmağa çağırıb. Mütəxəssis bunun üçün istehlakçılara müəyyən tövsiyələr də verib:

“İnsanlar bilməlidir ki, gün ərzində 200-300 qramdan artıq dondurma yemək olmaz. Hətta bir oturuma çox dondurma yeyilərsə, bədənin temperaturu birdən-birə aşağı düşə bilər.

Nəzərə almaq lazımdır ki, dondurma tez çirklənən süd məhsuludur. Ona görə də onun saxlanma şəraitinə diqqətlə yanaşmaq lazımdır. Əlbəttə, hansısa xəstəliyə tutulan adamlar Azad İstehlakçılar Birliyinə gəlib çıxmır. Onlar səhiyyə orcaqlarına müraciət edirlər. Düşünürəm ki, insanlar dondurma alanda diqqətli olmalıdırlar. Alıcı istehsal tarixi, istifadə müddəti, tərkibi və digər məlumatlara baxmalıdır”.

AİB sədri dondurmaların çəkisi ilə bağlı da problemlərin olduğunu bildirib: “Qablaşdırmanın üzərindəki çəki ilə real çəki arasında fərq olur. Bu da istehlakçıların aldadılmasıdır. Belə halda istehlakçılar 195/2 telefon xətti ilə İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər”.

Z. MƏMMƏDLİ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}