“Qanuni oğru” evinin yaxınlığında güllələndi - Yerevanda
Tarix: 03-07-2019 12:00 | Bölmə: Slayd
“Qanuni oğru” evinin yaxınlığında güllələndi

İyulun 2-də axşam Ermənistanda Ando Xromoy, yaxud Massivdən olan Andik kimi tanınan “qanuni oğru” Andranik öldürülüb.

Reyting.az
Ermənistan KİV-inə istinadla xəbər verir ki, hadisə Yerevanda qeydə alınıb.

Naməlum şəxs 45 yaşlı Arutyunyana odlu silahdan bir neçə atəş açaraq aradan çıxıb. Bəzi məlumatlara görə, qətl “qanuni oğru”nun evinin yaxınlığında baş verib.

Ando Xromoy bir müddət əvvəl “qanuni oğrular” Zap Leninakanski, Paşi Txa Suro Leninakanski, Artyom Leninakanski və Koba Rustavski ilə münaqişə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}