Analitik Mərkəz: “Azərbaycanla daha dərin əlaqə Amerikanın strateji qalaqurmasında əsas elementdir”
Tarix: 13-07-2019 12:35 | Bölmə: Slayd
Analitik Mərkəz: “Azərbaycanla daha dərin əlaqə Amerikanın strateji qalaqurmasında əsas elementdir”

“Moskva ABŞ-ın Rusiyanın Avropadakı enerji inhisarını yalnız qitəyə LNG ixracı ilə deyil, həm də Vaşinqtonun Cənub Qaz Dəhlizinə dəstəyi ilə pozmasından qorxur”.

Reyting.az
“Observer Research Foundation” analitik mərkəzinə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamenti katibinin enerji resursları üzrə köməkçisi Frank Fannon bildirib.

Mərkəzin saytında dərc edilmiş məqalədə (“Azərbaycan: Amerikanın strateji ittifaqlarının dəyişkən pazlında əsas element”) deyilir: “Cənub Qaz Dəhlizi və Azərbaycanla enerji əlaqələrinin strateji əhəmiyyəti həmişəkindən daha genişdir. Xüsusən, İran-ABŞ münasibətlərində gərginlik nəticəsində neft qiymətlərinə dair mütəxəssislərin qeyri-sabitlik proqnozları nəzərə alınmaqla. Bundan başqa, Azərbaycan həm İran, həm də Rusiya ilə sərhədləri bölüşən ölkədir”.

Məqalədə qeyd olunur ki, ABŞ dövlət başçısı Donald Trampın Azərbaycan prezidenti İlham Əliyevə son məktubları onun administrasiyasının Avropadan Asiyaya qədər hər yerdə Azərbaycanın strateji mərkəz kimi qəbul edilməsinin əlamətləridir.

“Geosiyasi dinamikanın dəyişdiyi hazırkı dövrdə Azərbaycanla daha dərin əlaqə Amerikanın strateji pazlında (qalaqurmasında), bəlkə də, əsas elementdir. Ancaq Bakıda Vaşinqton, əlbəttə, mühüm tikinti blokuna malikdir”, – deyə məqalənin sonunda bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər