23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Azərbaycanla Gürcüstan sərhəddində nə baş verir? – Açıqlamalar
Tarix: 15-07-2019 17:15 | Bölmə: Slayd
Azərbaycanla Gürcüstan sərhəddində nə baş verir?

Dünən Azərbaycanla sərhəddə yerləşən Keçikçidağ Məbəd-Kompleksində yenidən vəziyyət gərginləşib. Belə ki, Udabno kəndinin sakinləri əraziyə axışıb və Azərbaycan sərhədçilərinə təzyiq göstərməyə çalışıblar.

Bu gün bununla bağlı sosial şəbəkələrdə video da paylaşılıb. Videodan görünür ki, mülki geyimli şəxslər sərhədçinin əlindən silahını alırlar. İddiaya görə, həmin sərhədçi Azərbaycan əsgəridir. Bu barədə rəsmi məlumat verilməsə də, sosial şəbəkələrdə müzakirə olunmaqdadır.

Mövzu ilə bağlı Reyting.az-a açıqlama verən Borçalı Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli deyib ki, hazırda Gürcüstanda siyasi gərginlik yaşanmaqdadır:

“Bəri başdan qeyd edim ki, Gürcüstanın indiki iqtidarı həm daxili siyasi gərginliyin yaranmasında, həm də Keşikçidag məbədi ətrafında gərginliyin Azərbaycan-Gurcustan münasibətlərini zədələməsi cəhdlərində birbaşa məsuliyyət daşıyır. Sərhəd çox həssas məsələdir. Kimliyindən asılı olmayaraq sərhəddə toxunmaq olmaz. Gürcüstanın aidiyyatı orqanları öz vətəndaşlarının yasaq hesab olunan hərəkətini tənzimləyə bilmirsə, onda bu təxribatın arxasında birbaşa özü durur. Daxili siyasi gərginliyi siyasiləsdirərək Azərbaycan-Gürcüstan münasibətləri müstəvisinə daşımaq yalnız məsuliyyətsizlik deyil, həm də xəyanətdir. Rusiya və İran bu gərginliyin yaranmasında birbaşa maraqlıdır. Azərbaycan maksimum dözümlü davranaraq Gürcüstanla ünsiyyətdə diplomatik dilini, üslubunu sərtləşdirməlidir. Hətta nota verib Gürcüstandan rəsmi izahat və gələcək üçün profilaktik zəmanət istənilməlidir. Təbii ki, əgər deyilənlər doğrudursa”.

ReAL Partiyasının icra katibi Natiq Cəfərli isə hesab edir ki, burada erməni izi də ola bilər: “Gürcüstanın hüquq-mühafizə, ordu, məhkəmə sistemində, dövlət və hökumət orqanlarında gürcü dilini gürcüdən də yaxşı bilən, soyadını gürcüləşdirən çoxlu sayda erməni var. Onların da Kremllə ciddi bağları mövcuddur. Biz - azərbaycanlılar (istər burda, istər Gürcüstanda) siyasətə qarışmırıq deyə, vəzifə və nüfuz tutmaq baxımından ermənilər Gürcüstanda bizdən 10 addım öndədirlər”.

N. Cəfərli deyib ki, bizim əsgərə qarşı təxribat törədənlərin kimliyi mütləq araşdırılmalıdır: “Bizim əsgərə də halal olsun ki, təxribata uyub bu işi planlayanların əkməyinə yağ sürtməyib. Azərbaycan dövləti bu işin kökünü araşdırmağı rəsmi Tiflisdən ciddi tələb etməli, Gürcüstan hökuməti özü də məsələnin dərinliyini araşdırmaqda maraqlı olmalıdır. Azərbaycan - Gürcüstan əlaqələrini sarsıtmaq istəyən kənar qüvvələr var, diqqətli, ehtiyatlı, amma sərt olaraq bütün təxribatların qarşısını almalıyıq”.

Tarixçi alim Zaur Əliyev də baş verən hadisə ilə bağlı sərt addımların tərəfdarıdır: “Azərbaycanlı iş adamları Gürcüstanda milyonluq biznesə malikdirlər. Azərbaycanlı turistlər Gürcüstana ildə milyonlarla dollar xeyir verirlər. SOCAR Gücrüstanda erməni kilsələrini qazla təmin edir. Azərbaycan Gürcüstanı enerji layihələri ilə yaşadır. 500 minə yaxın azərbaycanlı Gürcüstanda yaşayır. Bunun müqabilində Keşikçidağda bir qrup Gürcüstan vətəndaşı hücum edib Azərbaycan əsgərlərinin silah və güllə daraqlarını əllərindən alıblar. İndi hərə bir söz deyəcək, Rusiya faktoru, təxribatçıların işi, təmkinli olmağa çağrışlar olacaq və sairələr... Amma reallıq budur ki, Azərbaycanın sərhədçi əsgərləri Azərbaycan Respublikasının dovlət sərhədi haqqında qanuna əməl etməyiblər. Qanun onlara qarşı hücum olarsa, atəş açmaq əmri verir! Bu əsgərlər onu etməli idilər. Qanunun 37-ci maddəsi "Sərhəd qarovulunun silah və döyüş texnikası tətbiq etməsi qaydası", - onlara ixtiyar verir ki, sərhədi pozaraq xidməti vəzifəsini yerinə yetirən əsgərlərə qarşı zorakılıq olarsa, atəş açılsın. Atəş də açılmalı idi. Bundan sonra onlar bir də qələt edib belə addım atardılar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}